Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti matçını keçirib.
Zaqreb təmsilçisi "Riyeka"nın qonağı olub və 7:2 qalib gəlib. Emreli bu görüşdə dublla yadda qalıb. Meydana sonradan daxil olan forvard 72-ci dəqiqədə komandasının 6-cı, 85-ci dəqiqədə isə 7-ci qolunu vurub. "Dinamo" hazırda 41 xalla liderdir.